Pleyeri seçin:

Azərbaycan türklərinin və yunanların birgə yaşadığı məkan | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

15 noyabr 2023 332 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində ermənilərin addəyişmə siyasətinin qurbanına çevrilən, tarixi məkanlarımızdan olan Allahverdi rayonu haqqında süjet hazırlanıb.

“Azərbaycan türklərinin və yunanların birgə yaşadığı məkan” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədilə ermənilərin daim addəyişmə əməliyyatları keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə, eləcə də Sovet Ermənistanı dövründəki inzibati rayonların bölgüsü əsasında özününküləşdirməsindən bəhs olunur.

Bildirilir ki, Allahverdi rayonu Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşib. Qədim türk adı Manas olan bu ərazi XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olub, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altına keçib.

XIX əsrin sonu və XX əsrin əvvəllərində, yəni 1880-ci ildən 1921-ci ilədək Tiflis quberniyasının Loru-Borçalı qəzasının tərkibində olub. 1920-1929-cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilib. Borçalı çayının sahilində yerləşən rayon Qafqazın beş verstlik xəritəsində qeyd olunub.

Rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb və 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən 1995-ci ilədək isə Tumanyan adlanıb. Hazırda rayon əhalisinin hamısını ermənilər təşkil edir.

Qeyd olunur ki, toponimi Borçalı türk tayfasına mənsub "Allahverdi" etnonimi adı əsasında əmələ gələn bu ərazinin əsas sakinləri azərbaycanlılardan ibarət olub:

“1918-1920-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən öz doğma torpaqlarından qovulub. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtsalar da, evlərinə erməni əhali yerləşdirilib. Nəhayət, 1988-ci ildə azərbaycanlılar tamamilə deportasiya edilib, doğma yaşayış yerlərini tərk etməyə məcbur olublar".

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 332 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 332 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 332 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 332 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 332 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 332 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 332 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 332 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 332 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 332 baxış
Seçilmişlər
icon