Siyasət
Pleyeri seçin:
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı detallar açıqlandı
ABŞ-nin dövlət katibi Entoni Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işər nazirliklərinin rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
Kopyalandı
Seçilmişlər