Pleyeri seçin:

Azərbaycan və İran XİN rəhbərləri nələri müzakirə etdi? | Detallar açıqlandı

14 iyun 2025 359 baxış

Xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, söhbət zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranan vəziyyət müzakirə olunub. İranın xarici işlər naziri İsrail tərəfindən həyata keçirilən hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb.

Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.

Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 359 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 359 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 359 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 359 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 359 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 359 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 359 baxış
Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 359 baxış
Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Siyasət
20 dekabr 2025 359 baxış
İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 dekabr 2025 359 baxış
Seçilmişlər
icon