Pleyeri seçin:

Azərbaycan və Niderland Krallığının XİN rəhbərləri arasında mühüm müzakirələr aparıldı

19 mart 2025 299 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı olub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.

Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan erməniəsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib.

Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb.

Bu xüsusda BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 299 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 299 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 299 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 299 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 299 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 299 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 299 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 299 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 299 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 299 baxış
Seçilmişlər
icon