Azərbaycan və Şimali Kipr prezidentləri Türkiyədə görüşdü
Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşü olub.
Söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb.
İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd edib.
Ersin Tatar dövlət başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
#İlham Əliyev teqi istifadə olunub
- Qarabağdan həmrəylik alovu yüksəlir - Baku TV
- İlham Əliyev və Pakistanın Baş naziri arasındakı telefon danışığının detalları - Baku TV
- Azərbaycan və Özbəkistan liderləri nələrdən danışdı? | Ağdərədə həyat canlanır - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi | Prezident Fərman imzaladı - Baku TV
