Siyasət
Pleyeri seçin:

Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdi

23 may 2024

Prezident İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət başçısı ilin sonunda Emoməli Rəhmonun yenidən ölkəmizə səfər edəcəyini, noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdiyini və qəbul olunduğunu bildirib.

Dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını deyən Prezident İlham Əliyev münasibətlərin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsinin qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə etdiyini bildirib.

Bəyannamə ilə yanaşı, imzalanan digər sənədlərin də münasibətlərin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirdiyini əlavə edib. Sənaye kooperasiyası və nəqliyyat ilə bağlı məsələlər də diqqət mərkəzində olub.

Prezident İlham Əliyev Orta Dəhlizi və onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlərin nəzərdən keçirildiyini bildirib.

Həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlardakı şərait ilə bağlı məsələlər də müzakirə olunub. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələlər nəzərdən keçirilib.

Tacikistan Prezidenti Emoməli Rəhmon isə bildirib ki, hökumətlərə 2025-ci ilədək iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırılıb.

Bundan əlavə, Emoməli Rəhmon 2025-ci ildə Tacikistanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini və xalqlar arasında dostluq festivalının təşkil edilməsini təklif edib. Konstruktiv dialoqu davam etdirmək məqsədilə Emoməli Rəhmon azərbaycanlı həmkarını Tacikistana səfərə dəvət edib.

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon