Pleyeri seçin:

Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi

07 may 2025 397 baxış

Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long mübadilə ediblər.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Vyetnamın milli müdafiə naziri Phan Van Giang mübadilə ediblər.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Vyetnamın ədliyyə naziri Nguyen Hai Ninh mübadilə ediblər.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “PetroVietnam” Şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung mübadilə ediblər.

“SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and Petrochemical JSC” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Binh Son Refining” Şirkətinin Müşahidə Şurasının sədri Bui Ngoc Duong mübadilə ediblər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung mübadilə ediblər.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Vyetnamın mədəniyyət, idman və turizm naziri Nguyen Van Hung mübadilə ediblər.

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 397 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 397 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 397 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 397 baxış
Seçilmişlər
icon