Pleyeri seçin:

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın açıqlamasını pislədi - Baku TV

07 may 2026 422 baxış

Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib.

Onun sözlərinə görə, Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı "Dağlıq Qarabağ" kimi ifadələrin istifadəsi qəbuledilməzdir:

"Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik. Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir".

XİN rəsmisi bildirib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələr ölkənin milli-mədəni irsidir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur:

"Fransanın UNESCO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının relllaşması məsələsinə dair çağırışları reallıqların açıq-aşkar təhrif edilməsidir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də, təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Fransa nazirinin bu kimi açıqlamaları bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir".

Banner
Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 422 baxış
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

Siyasət
26 oktyabr 2026 422 baxış
Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Siyasət
26 oktyabr 2026 422 baxış
Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 422 baxış
Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 422 baxış
Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Siyasət
26 oktyabr 2026 422 baxış
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Siyasət
26 oktyabr 2026 422 baxış
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Siyasət
26 oktyabr 2026 422 baxış
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Siyasət
26 oktyabr 2026 422 baxış
Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Siyasət
26 oktyabr 2026 422 baxış
Seçilmişlər
icon