Pleyeri seçin:

Azərbaycan Xənkəndidəki vətəndaşlarına yardımı hansı yolla aparacaq?

14 iyul 2023 290 baxış

İyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistanın suverenliyimizə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə deyib.

Nazir komitənin iyulun 11-də yaydığı açıqlamada bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığını və təqdirəlayiq olduğunu bildirib. Ceyhun Bayramov gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğunu vurğulayıb.

Bundan əlavə, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq və komitənin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov zəruri qaydalara riayət etməklə, BQXK-nin vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyünü bildirib.

Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb. Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Banner
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 290 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 290 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 290 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 290 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 290 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 290 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 290 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 290 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 290 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 290 baxış
Seçilmişlər
icon