Siyasət
Pleyeri seçin:
Azərbaycan XİN-dən ABŞ-dəki dəhşətli hücuma reaksiya | Dualarımız qurbanlar və ailələri ilədir…
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən hadisəni qətiyyətlə pisləyib.
Bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında yer alıb.
“Düşüncələrimiz, dualarımız qurbanlar, onların ailələri və yaxınları ilədir. Azərbaycan bütün terror aktlarını istənilən formada qeyd-şərtsiz pisləyir”, – XİN-dən bildirilib.
Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.
Kopyalandı
Seçilmişlər