Pleyeri seçin:
Azərbaycan XİN Karlov Universitetində atışma ilə bağlı Çexiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Çexiyaya başsağlığı verib.
Bununla bağlı Nazirliyin sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Çexiyanın Praqa şəhərindəki Karlov Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – deyə XİN-dən bildirilib.
Qeyd edək ki, Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.
Kopyalandı
![icon](/images/loading.png)