Pleyeri seçin:

Azərbaycan XİN Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri təşkil edib

19 yanvar 2025 382 baxış

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı diplomatik nümayəndəliklər üçün 20 Yanvar Ümumxalq Hüzn Günü anım tədbiri təşkil edib.

Bu barədə diplomatik nümayəndəliklərin sosial şəbəkə hesablarında paylaşımlar edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında qeyd edilib ki, səfir Cahit Bağçı və digər ölkələrin diplomatları 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

“Faciənin 35-ci ildönümündə şəhid azərbaycanlı qardaşlarımızı bir daha anırıq”, – deyə Türkiyə səfirliyinin paylaşımında bildirilib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin paylaşımında bildirilib ki, səfir Peter Mixalko və Avropa İttifaqına üzv ölkələrin səfirləri 20 Yanvar qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər xiyabanına gül dəstələri düzüblər.

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib. Bu barədə səfir “X” hesabında paylaşım edib.

“1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib”, – deyə o qeyd edib.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 382 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 382 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 382 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 382 baxış
Seçilmişlər
icon