Azərbaycana qarşı kampaniya aparan Zurabişvili Bakıya və Qaxa niyə gəlmişdi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanın eks-prezidenti Salome Zurabişvili Qərbdə Azərbaycanın əleyhinə fəal ideoloji kampaniya aparır və bu, onun ABŞ-yə son səfəri zamanı bir daha açıq şəkildə özünü göstərdi”.
Xaricdə yaşayan politoloq Ramiz Yunus bu haqda öz “Facebook” səhifəsində yazıb.
“Məndə belə bir sual yaranır: bu gün xanım Zurabişvili kimi təmsil edir? Eyni zamanda Gürcüstan ictimaiyyəti eks-prezidentin açıq-aşkar anti-Azərbaycan mövqeyinə, eləcə də onun Azərbaycana Fransa kimi düşməncəsinə münasibət sərgiləməsinə necə yanaşır? Axı o, Fransa vətəndaşıdır. Zurabişvilinin bu cür ikiüzlü davranışı Azərbaycan və Gürcüstan arasında uzun illər ərzində bütün Gürcüstan prezidentlərinin qurduğu strateji tərəfdaşlıq ruhuna nə dərəcədə uyğundur? Alman filosofu Fridrix Nitsşenin dediyi kimi: biz çox vaxt ikiüzlülüyü nəzakət qaydaları adlandırırıq”, – deyə analitik diqqətə çatdırıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili hər zaman anti-Azərbaycan mövqeyi ilə “seçilib”. Belə ki, Prezident seçilməzdən əvvəl Saakaşvili hökumətində xarici işlər naziri olmuş xanım siyasətçi diplomatik korpusda işləyəndə Bakıya gəlməmişdi. Prezident seçildikdən sonra – 2019-cu ilin fevralında isə Ermənistana və Azərbaycana “balansı qoruyan” səfər etmişdi. Bakıdan sonra hətta Qaxa da getmiş, etnik gürcülərlə görüşmüşdü. Bu, onun Azərbaycana ilk və son səfəri olub. Salome Zurabişvilinin siyasi xadim kimi yetişməsində erməni izləri də görünür. Bəllidir ki, Ermənilərə can yandırılması, onların uydurma tarixlərinin dəstəklənməsi Fransanın strategiyasının tərkib hissəsidir.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
