Azərbaycana qarşı tarixi ədalətsizlik aradan qalxdı
1992-ci ildən bəri qüvvədə olan və ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini qadağan edən 907-ci düzəliş rəsmi olaraq ləğv olunub.
Bu düzəliş vaxtı ilə Qarabağ münaqişəsi fonunda qəbul edilmişdi və səbəb kimi guya Azərbaycanın Ermənistana “blokada” tətbiq etməsi göstərilmişdi.
İllərdir ABŞ prezidentləri bu qadağanı hər il müvəqqəti dayandırırdı. Bayden-Blinken administrasiyası isə bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. İndi isə məhdudiyyət tamamilə aradan qaldırılıb. Bu qərarın Azərbaycanla ABŞ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 7-də “Report” İnformasiya Agentliyi ABŞ Prezidenti Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənədi imzalayacağı ilə bağlı xəbər yaymışdı.
#ABŞ teqi istifadə olunub
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI
- ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI
- 400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI
- Azərbaycan-Ermənistan sülh prosesi: Vaşinqton görüşünün bir illik nəticələri - Baku TV CANLI
- Məhkəmədə şok ittihamlar | "Meta" azyaşlılara görə görün nə qədər cərimələndi - Baku TV
