Pleyeri seçin:

Azərbaycanın dünyaya nümayiş etdirdiyi effektiv hərbi strategiya | Qarabağ Xronikası 147

19 sentyabr 2024 487 baxış

"Qarabağ xronikası" verilişinin 147-ci buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda düz bir il əvvəl – 19 sentyabr 2023-cü il tarixdə Azərbaycanın həyata keçirdiyi, regionun geosiyasi dinamikasında yeni mərhələnin başlanğıcını qoyan antiterror tədbirlərindən bəhs edib.

O bildirib ki, rəsmi Bakının bu addımı Cənubi Qafqazda qüvvələr balansının dəyişdirilməsində həlledici olub:

“Ən əsası isə Azərbaycan tək ölkənin ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya effektiv hərbi strategiya nümayiş etdirdi – Qarabağda qeyri-qanuni silahlı dəstələrə qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə. Bu amil isə öz növbəsində revanşizm xülyasında olan zümrəyə və onu xaricdən dəstəkləyən qüvvələrə hərbi-siyasi iradənin nümayişi oldu”.

Qeyd edilib ki, bu əməliyyat xüsusi diqqətə layiqdir. Çünki böyük təhdidlərə qarşı lokal xarakterli, sürətli və effektiv cavab modeli olub:

“Antiterror əməliyyatlarında ordumuz qeyri-qanuni silahlı dəstələrin əsas təchizat və hərəkət yollarını bağladı və mühüm hərbi obyektlərə zərbələr endirdi. Buna paralel olaraq, rabitə qovşaqları və digər mümkün əlaqə sistemləri də sıradan çıxarıldı. Bu strategiya qeyri-qanuni silahlı dəstələrin koordinasiyalı şəkildə hərəkət etməsinin və əməliyyatın daha böyük əraziyə yayılmasının qarşısını aldı. Bu da öz növbəsində mülki əhali arasında itkiləri minimuma endirmək məqsədi daşıyırdı”.

Jurnalist həmçinin bildirib ki, əməliyyatdan bir il sonra Qarabağ dinc və sabit regiona çevrilib:

“İnfrastrukturun bərpası, yolların, yaşayış binalarının, sosial obyektlərin tikintisi ilə bağlı genişmiqyaslı proqramlara start verilib. Azərbaycan göstərdi ki, o, təkcə ərazi reinteqrasiyasına deyil, həm də regionun iqtisadi inkişafına çalışır.

Dolayısı ilə Qarabağ investisiyalar və yeni nəqliyyat marşrutlarının yaradılması planları sayəsində təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafında əsas halqaya çevrilə bilər.

Xülasə, Qarabağda aparılan antiterror əməliyyatı daxili münaqişələrlə üzləşən digər ölkələr və regionlar üçün nümunə oldu. Azərbaycan göstərdi ki, beynəlxalq hüquqa riayət, siyasi qətiyyət və müasir hərbi texnologiyanın vəhdəti suverenliyin bərpası üçün effektiv həll yolu ola bilər”.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 487 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 487 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 487 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 487 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 487 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 487 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 487 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 487 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 487 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 487 baxış
Seçilmişlər
icon