Pleyeri seçin:

Ermənistandakı azərbaycandilli media layihəsi fəaliyyətini niyə dayandırdı? - Baku TV

07 dekabr 2025 184 baxış

Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi "ReOpen Media" fəaliyyətini dayandırdığını açıqlayıb.

Qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib.

Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.

Belə ki, dekabrın 3-də Real TV-nin canlı efirində aparıcı Vəfa Həmzəyeva ilə "ReOpen Media"nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil olunub.

Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, D.Karapetyan efir zamanı "Artsax" ifadəsini işlədərək gərginliyə səbəb olub.

Erməni jurnalistin "Bizim üçün "Artsax", digərləri üçün Qarabağ" sözləri Vəfa Həmzəyevanın kəskin etirazına səbəb olub:

"Siz hələ də "Artsax" deyirsinizsə, biz hansı sülh dialoqundan danışa bilərik? Rəsmi İrəvan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır".

Aparıcının reaksiyasından sonra Diana Karapetyan "Artsax" ifadəsindən istifadə etməyi dayandırıb və mövqeyini əsaslandırmağa çalışsa da, dialoq gərgin şəkildə davam edib.

"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

"20-dən çox ölkə..." | BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda nələr açıqlandı? - Baku TV

Siyasət
16 yanvar 2026 184 baxış
“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

“Biz ədalət istəyirik!” - Xalqların haqq səsi Bakıdan ucalır - Baku TV

Siyasət
16 yanvar 2026 184 baxış
Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı konfrans

Siyasət
16 yanvar 2026 184 baxış
Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib

Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib

Siyasət
16 yanvar 2026 184 baxış
Cənubi Qafqazın xəritəsində Zəngəzur dəhlizi | BMT-nin yeni Baş katibi kim olacaq? - YENİ BİR SƏHƏR

Cənubi Qafqazın xəritəsində Zəngəzur dəhlizi | BMT-nin yeni Baş katibi kim olacaq? - YENİ BİR SƏHƏR

Siyasət
16 yanvar 2026 184 baxış
İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İlham Əliyevin Trampa istinadı Ermənistana hansı siyasi mesajı verdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 yanvar 2026 184 baxış
Mina təhlükəsini ciddiyə almamaq sosial vərdişə çevrilib? - AKTUAL GÜNDƏM

Mina təhlükəsini ciddiyə almamaq sosial vərdişə çevrilib? - AKTUAL GÜNDƏM

Siyasət
15 yanvar 2026 184 baxış
"Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası | Üç regional ölkədən ABŞ-yə çağırış - YENİ BİR SƏHƏR

"Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası | Üç regional ölkədən ABŞ-yə çağırış - YENİ BİR SƏHƏR

Siyasət
15 yanvar 2026 184 baxış
"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV

"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV

Siyasət
15 yanvar 2026 184 baxış
Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT

Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT

Siyasət
15 yanvar 2026 184 baxış
Seçilmişlər
icon