Pleyeri seçin:

Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb - Baku TV

02 fevral 2026 530 baxış

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpa olunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunulub, bu təlimlərin iki ölkənin Silahlı Qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd olunub.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 530 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 530 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 530 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Seçilmişlər
icon