Pleyeri seçin:

Babayan və Şahramanyan erməniləri bezdirib

29 dekabr 2023 484 baxış

Ermənistan hakimiyyəti separatçıların mövcudluğunu davam etdirməsi məsələsində ikiliyanaşma sərgiləyir: separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Samvel Şahramanyanı “vurur”, qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana heç nə etmir, əksinə, ona “qucaq” açır.

Bu, rəsmi İrəvanın hazırkı mərhələdə qondarma “Artsax” ideyasını tamamilə sıradan çıxarmaqdan daha çox S.Babayanın üzərindən nəzarətə götürmək istəyindən xəbər verir.

Birincisi, S.Şahramanyanın rəhbərlik etdiyi qrupun radikal yanaşması təkcə Bakı ilə sülh prosesinə yox, Nikol Paşinyanın hakimiyyətinə də təhdid yaradır.

İkincisi, S.Babayanın rəhbərlik etdiyi qrupun yumşaq yanaşması hakimiyyətə təhdid yaratmır, amma Qarabağ məsələsini də Ermənistanın nəzarətində daim gündəmdə saxlamağın tərəfdarıdır.

S.Babayan “Azadlıq radiosu”nun erməni xidmətinə sonuncu müsahibəsində bildirib ki, “mühacir hökumətə” qarşıdır, əvəzində Ermənistan hakimiyyətinə tabe olan Qarabağla bağlı danışıqlar aparacaq xüsusi komitə yaradılmalıdır.

Görünən budur ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsi üzərindən daxili təhdidləri aradan qaldırmaq planı var və nəzarətə götürdüyü qondarma “Artsax” ideyasını sonrakı mərhələdə Bakıya qarşı mümkün kart kimi də əlində saxlaya bilər. Bu kartdan necə istifadə edəcəyi, yaxud bunu bacaracağı proseslərin inkişafında aydın olacaq.

Ermənistanda Qarabağla bağlı mövcud siyasi mənzərə isə Azərbaycanın istəyinə uyğun görünür. Çünki S.Babayan olmasaydı, məsələ S.Şahramanyanın timsalında radikalların tam nəzarətində olacaqdı, eləcə də əksinə, S.Şahramanyan oyundan kənarlaşdırılsaydı, S.Babayanın timsalında Ermənistan hakimiyyəti istədiyi kartı tamamilə ələ alacaqdı.

Bu baxımdan S.Babayan və S.Şahramanyanın Qarabağdan İrəvana gedə bilməsinin arxasında bu gün Ermənistanın daxili siyasi seqmentində baş verənlərin istiqamətləndirilməsi ssenarisi də görünür.

Banner
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 484 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 484 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 484 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 484 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 484 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 484 baxış
Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Siyasət
01 noyabr 2026 484 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 484 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 484 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 484 baxış
Seçilmişlər
icon