Babayandan açıqlama | İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzur dəhlizi açılmasa, regionda yeni müharibə qaçılmaz olacaq.
Bunu keçmiş separatçı rejimin qondarma təhlükəsizlik şurasının katibi Samvel Babayan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, müharibədən qaçmağın və regional nəqliyyat kommunikasiyalarından kənarda qalmamağın iki yolu var:
“Ermənistan bundan sonra hansı yolla getmək istədiyinə qərar verməli və siyasətini bunun üzərində qurmalıdır. Birinci yol ondan ibarətdir ki, İrəvan bu yol üzərində Ermənistanın suverenliyini qorumaqla Azərbaycanı Naxçıvanla Meğri (Zəngəzur) vasitəsilə birləşdirən magistral yolu açmalıdır. Lakin bu halda İranla problemlər yaranacaq. Tehran hesab edir ki, yol açılsa, Azərbaycana təsir imkanları azalacaq.
Axı bu gün Bakının İran vasitəsilə Naxçıvana çıxışı var. Növbəti addım isə İranı incitməmək və bu yolu verməkdən imtina etmək, lakin bu halda ordunu gücləndirmək, Tehran və Moskva ilə əməkdaşlığı dərinləşdirməkdir”.
S.Babayan hesab edir ki, müharibədən qaçmağın yolu müttəfiqlərin maraqlarını nəzərə almaqdır:
“Üçüncüsü yoxdur, üçüncüsü “Sülh qovşağı”dır (“Dünyaların kəsişməsi”) ki, bu da regional müharibəyə gətirib çıxaracaq, İran və Rusiya istəsələr də, istəməsələr də, orada iştirak edəcəklər”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
