Babayandan Ermənistan hakimiyyətinə mesaj | Haylar buna razı olarsa...
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidən İrəvana qaçan separatçı Samvel Babayan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın xeyrinə olduğunu bildirib.
Babayanın bu fikirləri Ermənistanda ciddi müzakirələrə səbəb olub.
O bildirib ki, Ermənistan Mehri yolunun açılmasından imtina edərsə, bu, regional logistikanın inteqrasiya perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regiona, digər tərəfdən İranın Naxçıvana təsirini gücləndirəcək.
Babayanın fikrincə, Ermənistan Azərbaycana Mehridən yol verərsə, regional əlaqə rolunu gücləndirə və qazanc əldə edə bilər.
“Mehri yolu əslində Ermənistana qazanc gətirəcək. Bundan imtina etmək isə Ermənistanın əleyhinədir”, – separatçı deyib.
Babayanın bu sözləri İrəvanda qarışıqlıq yaradıb. Ermənistan mediası Babayanı Azərbaycana işləməkdə ittiham edir.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
