Pleyeri seçin:

Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV

17 sentyabr 2026 25 baxış

Rumıniyanın Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişinin imzalanması haqqında niyyət protokolu imzalanıb.

Baia Mare şəhərinin meri Ioan Doru Denkuş çıxışında bildirib ki, bu hər iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində yeni iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Azərbaycan ilə Rumıniya arasında dərin köklərə söykənən dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin olduğunu, Rumıniyanın Azərbaycanın müstəqilliyini Avropada tanıyan ilk ölkə olduğunu vurğulayıb.

O, Xankəndi şəhərinin 30 il sürən işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə – dirçəliş, quruculuq və beynəlxalq əməkdaşlıq mərhələsinə qədəm qoymasının böyük əhəmiyyətini qeyd edib.

Çıxış zamanı iki ölkə arasında mövcud olan münasibətlər, xüsusən regionlararası əlaqələrin inkişafına yönəldilməsini nəzərdə tutan birgə layihələr barədə məlumat verilib.

"Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV

"Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV

"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI

İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 25 baxış
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
"Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV

"Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV

"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotelin açılışında iştirak ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotelin açılışında iştirak ediblər - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV

İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - Baku TV

Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - Baku TV

Siyasət
17 sentyabr 2026 25 baxış
Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI

Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 25 baxış
Seçilmişlər
icon