Pleyeri seçin:

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir

08 iyul 2025 659 baxış

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası öz işinə başlayıb.

Sessiyada Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sessiya iştirakçılarını salamlayaraq açılış nitqi ilə çıxış edib.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən ölkəmizin son illər bir çox beynəlxalq səviyyəli nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini, BMMT-nin İcraiyyə Şurasının sessiyasının belə mötəbər tədbirlərdən biri olduğunu vurğulayıb.

Kəmaləddin Heydərov ölkəmizin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəlakətlərlə mübarizədə qlobal və əlaqələndirilmiş fəaliyyətin təşkili baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyası iyulun 9-na kimi davam edəcək. Tədbir çərçivəsində təşkilatın maliyyə və inzibati hesabatlarının, inkişaf strategiyasının təqdimatı əsasında ortamüddətli inkişaf prioritetləri, məqsədləri və fəaliyyət sahələrinin, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün tədbirlər planının müzakirəsi nəzərdə tutulub. O cümlədən müvafiq qərarların qəbul olunması, 2027-ci il Ümumdünya Mülki Müdafiə Gününün mövzusunun müəyyənləşdirilməsi planlaşdırılır. 

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 659 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 659 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 659 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 659 baxış
Seçilmişlər
icon