Pleyeri seçin:

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

15 sentyabr 2024 430 baxış

Bu gün – sentyabrın 15-i Bakının bolşevik-erməni birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 106 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşan, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi.

Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirib.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 430 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 430 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 430 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 430 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 430 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 430 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 430 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 430 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 430 baxış
Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 430 baxış
Seçilmişlər
icon