Pleyeri seçin:

Bakının "Rus evi" və USAID qərarı müzakirələrə səbəb oldu | BİZDƏN NƏ DANIŞIRLAR?

10 fevral 2025 574 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Bakı dünyanın əsas paytaxtlarından olma iddiasını reallaşdırmaq üçün sürətlə irəliləyir, Azərbaycan müxtəlif səbəblərlə bütün dünyada özündən bəhs etdirir.

Pakistanın “The Europe Today” nəşri oxucularının diqqətinə çatdırır ki, Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək.

Bildirilir ki, bununla bağlı dövlət başçısı müvafiq Sərəncam imzalayaraq Azərbaycanın bu ölkəyə davam edən böhran dövründə dəstəyini bir daha təsdiqləyib.

Türkiyənin “Hürriyet Daily News” nəşri oxucularına xəbər verir ki, Azərbaycan 2026-cı ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Sammitinə ev sahibliyi edəcək.

Bildirilir ki, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Dövlət və Hökumət Başçıları Şurasının 2026-cı il Sammiti keçiriləcək.

Mənbə yazır ki, Sammit Azərbaycanın Asiya dövlətləri arasında əməkdaşlığın təşviqi və etimadın möhkəmləndirilməsi platforması olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədrliyi çərçivəsində baş tutacaq.

Almaniyanın “Deutsche Welle” nəşri xəbər verir ki, Kreml Bakıdakı “Rus Evi”nin bağlanmasını təsdiqləyib.

Mənbə qeyd edir ki, Kreml Azərbaycanın Bakıdakı “Rus Evi”ni bağlamaq qərarından təəssüflənir və bu vəziyyəti dövlət başçıları səviyyəsində həll etməyi planlaşdırır.

Bildirilir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 7-də keçirdiyi brifinq zamanı deyib.

Qeyd olunur ki, Rusiya mədəniyyətini xaricdə təbliğ edən və xüsusən də Bakıdakı “Rus Evi”ni idarə edən “Rossotrudniçestvo” federal agentliyi Azərbaycan hakimiyyətindən fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi bildiriş alıb.

Bu qərarın əsas səbəbi “Rus Evi”nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. 

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 574 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 574 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 574 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 574 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 574 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 574 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 574 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 574 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 574 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 574 baxış
Seçilmişlər
icon