Bakının strateji planı: Naxçıvanın hərbi sistemindəki yeniliyin səbəbi nədir? - HƏRBİ XRONİKA
“Hərbi Xronika”nın budəfəki buraxılışında Prezident İlham Əliyevin Naxçıvana son səfəri, yeni yaradılmış komando hərbi hissələri və Naxçıvanın hərbi potensialının gücləndirilməsi məsələləri təhlil olunub.
Bildirilib ki, Naxçıvanın coğrafi və geosiyasi mövqeyi onun hərbi baxımdan güclü olmasını strateji zərurətə çevirir. Regionda dəyişən təhlükəsizlik mühiti də bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini artırır.
Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordunun real döyüş təcrübəsi və Türkiyə ilə birgə təlimləri Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsində mühüm rol oynayır. Yeni komando hissələrinin yaradılması isə mürəkkəb dağlıq şəraitdə çevik və peşəkar qüvvələrin fəaliyyət imkanlarının artırılmasına xidmət edir.
Vurğulanıb ki, Naxçıvanda gedən proseslər yalnız hərbi sahə ilə məhdudlaşmır. Yeni nəqliyyat bağlantıları və regional layihələr muxtar respublikanın strateji əhəmiyyətini artırır.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV
- “Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni
- Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV
- İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV
