Pleyeri seçin:

İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV

17 avqust 2026 427 baxış

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, general-mayor Babək Ələkbərova, general-mayor Aqşin Məhərrəmova və general-mayor Faiq Məmmədova "general-leytenant" ali hərbi rütbəsi, polkovnik Elfan Quliyevə isə "general-mayor" ali hərbi rütbəsi verilib.

Həmçinin dövlət başçısının sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin 41 hərbi qulluqçusu və mülki işçisi ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir əməkdaşı 2-ci dərəcəli "Rəşadət" ordeni ilə, 3 əməkdaşı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 5 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 13 nəfər "Vətən uğrunda" medalı ilə, 3 nəfər "İgidliyə görə" medalı ilə, 54 nəfər isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Banner
İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdü - Baku TV

İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdü - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü - Baku TV

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Ağkəndlə bağlı üzə çıxan həqiqətlər: erməni mənbələri bu kənd barədə nəyi etiraf edir? - Baku TV

Ağkəndlə bağlı üzə çıxan həqiqətlər: erməni mənbələri bu kənd barədə nəyi etiraf edir? - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV

Prezident İlham Əliyev Türkmənistandan mühüm mesajlar verdi - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Türkmənistanda böyük diplomatik gündəm: Bakı, Moskva və Aşqabad hansı maraqlar ətrafında birləşir?

Türkmənistanda böyük diplomatik gündəm: Bakı, Moskva və Aşqabad hansı maraqlar ətrafında birləşir?

Siyasət
08 oktyabr 2026 427 baxış
Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Siyasət
08 oktyabr 2026 427 baxış
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Siyasət
08 oktyabr 2026 427 baxış
Seçilmişlər
icon