Pleyeri seçin:

Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

18 avqust 2026 270 baxış

ABŞ ilə İran arasında aktiv hərbi əməliyyatlar dayandırılsa da, Yaxın Şərqdə gərginlik səngimir.

Bu dəfə İraq Kürdüstanı Regionunun Baş naziri Məsrur Bərzaninin ofisi dron hücumuna məruz qalıb.

Siyasi şərhçi Rəşad Bayramovun sözlərinə görə, hücum siyasi mesaj xarakteri daşıyır:

“Bu hücum ilk növbədə siyasi mesaj xarakteri daşıyan zərbə kimi qiymətləndirilməlidir”.

Onun fikrincə, İran Kürdüstan Regionunda ABŞ hərbi kontingentinin, Qərb şirkətlərinin və Tehrana qarşı fəaliyyət göstərən bəzi kürd qruplarının mövcudluğunu təhlükə kimi qəbul edir. Hücumun məhz Bərzaninin ofisinə və təhlükəsizlik rəhbərinin iqamətgahına yönəlməsi də təsadüfi hesab edilmir:

“Məqsəd yalnız fiziki zərər vurmaq deyil. “İranın təhlükəsizlik maraqlarını nəzərə alın” mesajını verməkdən ibarətdir”.

R.Bayramov qeyd edib ki, Tehran hücumun məsuliyyətini üzərinə götürməsə də, hadisəni üçüncü tərəflərin İranla İraq Kürdüstanı arasında münasibətləri korlamaq cəhdi kimi təqdim edir.

Ekspert hesab edir ki, bunun iki səbəbi ola bilər: mesaj artıq verilib və İran məsuliyyətdən yayınmağa çalışır, yaxud ölkə daxilində siyasi hakimiyyətlə təhlükəsizlik strukturları arasında fikir ayrılığı mövcuddur.

Rəşad Bayramov bildirib ki, bu cür hücumlar təkrarlanarsa, bölgədə yeni qarşıdurma ocağı yarana bilər.

Ekspertin fikrincə, İraq Kürdüstanında siyasi elitanın və mülki obyektlərin hədəfə alınmasının davam etməsi ABŞ-İran qarşıdurmasının arealını genişləndirə və İraqı da prosesə daha çox cəlb edə bilər.

Banner
Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Siyasət
10 oktyabr 2026 270 baxış
Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Siyasət
10 oktyabr 2026 270 baxış
"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

Siyasət
10 oktyabr 2026 270 baxış
Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Siyasət
10 oktyabr 2026 270 baxış
Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Siyasət
10 oktyabr 2026 270 baxış
Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Siyasət
09 oktyabr 2026 270 baxış
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Siyasət
09 oktyabr 2026 270 baxış
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 270 baxış
Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Siyasət
09 oktyabr 2026 270 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 270 baxış
Seçilmişlər
icon