Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV
MDB çərçivəsində 2027-ci ildə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçir.
Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik üçlüyünü formalaşdırır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri idi.
Beləliklə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və MDB çərçivəsində sədrlik funksiyalarını həyata keçirən ölkə olacaq.
Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçir və təşkilatın Zirvə görüşü ölkəmizdə olacaq. 2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.
#Avropa Siyasi Birliyi teqi istifadə olunub
- Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV
- Avropa üçün “təhlükəsizlik lövbəri” | Bakı ilə bağlı diqqətçəkən etiraf - BİZDƏN NƏ DANIŞIRLAR?
- Paşinyandan Moskvanın Zelenski barədə açıqlamasına reaksiya - Baku TV
- Dünya mediası Prezident İlham Əliyevin çıxışından yazdı | Meloni Azərbaycanda - YENİ BİR SƏHƏR
- Zelenskidən İrəvan sammitində diqqətçəkən açıqlama - Baku TV
