Batumidəki görüşün detalları | Zakir Həsənov və Yaşar Gülər arasında müzakirə
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiklərini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə bu cür görüşlərin zəruriliyini və bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə qeyd ediblər.
İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
#Zakir Həsənov teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
- Zakir Həsənov ABŞ komandanı ilə görüşdü | Yeni hərbi perspektivlər müzakirə olundu
- Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bir araya gəldilər
- Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
