Bayden Azərbaycandan güzəşt istəyir | Ermənistan öhdəliklərini qəbul etmir
Artıq uzun müddətdir hər kəsə bəllidir ki, Azərbaycan Ermənistanla hansı halda sülh sazişinə imza ata bilər.
Məlumdur ki, bu ölkə Azərbaycanla natamam sülh sazişi imzalamağa çalışır. İrəvanın maraqlarından çıxış edənlər isə beynəlxalq ictimaiyyəti inandırmağa təşəbbüs göstərirlər ki, guya Ermənistan bu prosesdə konstruktiv mövqedən çıxış edir.
Belə ki, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayır və məktubun bir hissəsində belə deyilir:
“Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.
Maraqlıdır, Amerika Prezidenti hansı kreativlikdən və güzəşdən danışır?