Siyasət
Pleyeri seçin:
Bayramov və Mirzoyan Blinkenə təşəkkür etdi | XİN-dən üçtərəfli görüşlə bağlı məlumat
İyulun 10-da Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Tərəflər NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda bir araya gəliblər.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıqlarını bildiriblər.
Kopyalandı
Seçilmişlər