İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Dörd illik təcrübə göstərdi ki, İlham Əliyevin istənilən tələbi Nikol Paşinyan tərəfindən yerinə yetirilir. Bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü. Bunlardan biri də Ermənistanda faşizmin məhv edilməsidir”.
Bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
A.Xaçatryanın iddiasına görə, İ.Əliyev Ermənistanda “Daşnaksütyun”u faşizm strukturu elan edərək onun ləğvi tələbini irəli sürəcək, N.Paşinyan da bunu yerinə yetirəcək:
“Eyni zamanda İ.Əliyev Qarabağ müharibəsində əsas iştirakçıların Bakıya təhvil verilməsini istəyəcək, N.Paşinyan da bunu edəcək”.
“İ.Əliyev bunu bəyan etdi. Bildirdi ki, Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır. N.Paşinyan artıq bu tələbi nəzərə almağa hazır olduğuna eyham vurub. Eyni vəziyyət Zəngəzur dəhlizi ilə bağlı da yaşanır.
İ.Əliyev dəhlizin açılmasını tələb edir. N.Paşinyan buna qarşı “sülh qovşağı” layihəsini irəli sürüb, halbuki bunun həyata keçirilməsi mümkün deyil. İstənilən ağıllı insana aydındır ki, Ermənistan nəqliyyat qovşağı, tranzit mərkəzi ola bilməz, buna coğrafiya imkan vermir. Bunu N.Paşinyan da anlayır, ona görə Azərbaycana yol təklif edir. Azərbaycan üçün vacib məsələ həmin yola nəzarət etməkdir.
N.Paşinyan bir neçə il əvvəl bəyan etmişdi ki, yolda fərqli rejim olacaq. Söhbət Azərbaycanın bu yola hansı səviyyədə nəzarət etməsindən gedir. Fikrimcə, İ.Əliyev istədiyinə nail olacaq. Yol tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Sadəcə N.Paşinyan deyəcək ki, yaxınlıqda erməni bayraqları olsun, hər kəs elə bilsin ki, oraya ermənilər nəzarət edirlər, amma praktikada yol Ermənistanın nəzarətindən kənarda qalacaq”, – A.Xaçatryan iddia edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
