Siyasət
Pleyeri seçin:
Bəzi gənclərin beyinlərini yuyurlar ki… | İlham Əliyevdən Aİ-yə mesaj
“Onlar bizi asılı vəziyyətdə saxlamaq, buraya gəlmək, bizə mühazirə oxumaq, prosesdə iştirak etmək, gedib-gəlmək, monitorinq aparmaq istəyirdilər. Biz onları bütün bunlardan məhrum etdik. Amma biz normal münasibətlər təklif edirik: gəlin normal, ikitərəfli əməkdaşlıq edək”.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı Avropa İttifaqına mesajında deyib.
“Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq. Açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək”, – deyə dövlət başçısı əlavə edib.
Kopyalandı
Seçilmişlər