Pleyeri seçin:

Nikol Paşinyandan sülh müqaviləsi ilə bağlı mühüm açıqlama | Müharibəyə bunlar səbəb oldu…

08 yanvar 2025 347 baxış

Azərbaycanla nəzərdə tutulan sülh müqaviləsində razılaşdırılmamış iki maddəsinin həlli yollarını Bakıya təklif etmişik, əgər müsbət cavab olarsa, Ermənistan müqaviləni imzalamağa hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan erməni mediasına müsahibəsində deyib.

N.Paşinyan Azərbaycan Prezidentinin son müsahibəsində “Ermənistanın birinci prezidentinin faşist bəyanatı” ifadəsindən danışıb.

O bildirib ki, bu məsələ Ermənistan tərəfindən qaynaqlanır və bu, təsadüf deyil. N.Paşinyanın fikrincə, Ermənistan tərəfi Azərbaycanı düşmən obrazında gördüyündən Azərbaycanda da bu cür qəbul olunurlar.

"Bunun səbəbini anlamağa çalışmalıyıq. Azərbaycanla bağlı oxşar təsəvvürün Ermənistan Respublikasında da olduğu açıq-aşkar görünür. Məhz bu qarşılıqlı qavrayışlar uzunmüddətli münaqişəyə gətirib çıxardı. Sülh gündəmi bu təsəvvürləri aradan qaldırmağı hədəfləyir. Sülh müqaviləsinin razılaşdırılmış maddələrinin bir hissəsi bu fikirlərin bəzilərinin səhifəsini bağlayır.

Digər hissələri isə bizə bütün qarşılıqlı mənfi fikirləri ikitərəfli gündəliyin bir hissəsinə çevirmək və onları aradan qaldırmaq imkanı verir. Əlavə edim ki, biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif etmişik və Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazırıq", – o qeyd edib.

Azərbaycan Prezidentinin sərhədin demarkasiyası komissiyalarının növbəti iclası yanvarda keçiriləcəyi ilə bağlı səsləndirdiyi təklifi təsdiqləyən N.Paşinyan deyib ki, yanvarda görüş planlaşdırılır.

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Siyasət
24 iyun 2026 347 baxış
Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Siyasət
24 iyun 2026 347 baxış
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Siyasət
24 iyun 2026 347 baxış
Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Siyasət
24 iyun 2026 347 baxış
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Siyasət
23 iyun 2026 347 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Siyasət
23 iyun 2026 347 baxış
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV

Siyasət
23 iyun 2026 347 baxış
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV

Siyasət
23 iyun 2026 347 baxış
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Cıdır düzündə olublar - Baku TV

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Cıdır düzündə olublar - Baku TV

Siyasət
23 iyun 2026 347 baxış
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - Baku TV

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - Baku TV

Siyasət
23 iyun 2026 347 baxış
Seçilmişlər
icon