Pleyeri seçin:
Biləcəridən yola salınan qatarla Ermənistana nələr göndərildi? - Baku TV
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndərililir.
Belə ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunur.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçərək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.
Kopyalandı
