Pleyeri seçin:

Bir güllə belə atılmadan azad olunan Ağdam | Günü-gündən çiçəklənən doğma şəhərimiz

20 noyabr 2024 359 baxış

Ermənistan Baş nazirinin 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktını imzalaması Azərbaycanın hərb meydanı ilə yanaşı, siyasi müstəvidə də qələbəsinin təzahürü kimi tarixə düşüb.

Çünki çətin relyefli ərazidə yerləşən, düşmənin 30 ilə yaxın istehkamlar quraraq möhkəmləndiyi Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan, itkisiz geri qaytarılması xüsusi əhəmiyyət kəsb edirdi.

Üçtərəfli bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində əzəli sahibinə – Azərbaycana geri qaytarılıb. Bununla da rayonun 27 illik işğalına son qoyulub.

Təəssüf ki, Ağdam geri qaytarıldıqda 27 il əvvəlki vəziyyətindən əsər-əlamət yox idi. Törədilən dağıntıların miqyası o qədər böyük idi ki, hətta bəzi nüfuzlu beynəlxalq nəşrlər şəhəri “Qafqazın Xiroşiması” və “Ruhlar şəhəri” adlandırıb.

İşğaldan azad edildikdən dərhal sonra digər ərazilərimiz kimi, Ağdamda da genişmiqyaslı yenidənqurma işləri başlayıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, rayonda mühüm infrastruktur layihələrinin icrası həyata keçirilib. Ağdamlıların doğma yurdlarına tezliklə qaytarılması məqsədilə yeni məhəllələrin, yaşayış komplekslərinin təməli qoyulub.

Vandalizmə məruz qalan mədəni-tarixi abidələr bərpa olunub. Görülən işlər dövlət başçısının birbaşa nəzarəti ilə sürətlə davam etdirilir.

Şəhərin Baş Planına əsasən, qarşıdakı illərdə Ağdamda 100 min nəfərin yaşaması nəzərdə tutulur. Bu isə onu deməyə əsas verir ki, yenidən qurulan Ağdamın böyük sənaye potensialı ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək.

Dövlət başçısının 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı bu baxımdan əhəmiyyətli rol oynayacaq.

Bir sözlə, işğal dövründə daşı daş üstündə qoymayan düşməndən fərqli olaraq Azərbaycan hökuməti digər azad edilən ərazilərimiz kimi, Ağdamda da bütün dünya üçün örnək götürüləcək layihələrə imza atır. Nəticədə 27 illik işğalın yaratdığı fəsadların böyük bir qismi cəmi 4 il ərzində aradan qaldırılıb.

Prezident İlham Əliyev Antonio Koşta ilə təkbətək görüşdə

Prezident İlham Əliyev Antonio Koşta ilə təkbətək görüşdə

Siyasət
11 mart 2026 359 baxış
İlham Əliyev Antonio Koşta ilə birgə mətbuat qarşısında - Baku TV

İlham Əliyev Antonio Koşta ilə birgə mətbuat qarşısında - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
ABŞ çətin sınaq qarşısında qalıb? - AKTUAL GÜNDƏM

ABŞ çətin sınaq qarşısında qalıb? - AKTUAL GÜNDƏM

Siyasət
11 mart 2026 359 baxış
İlham Əliyev və Antonio Koşta mətbuata birgə bəyanatlarla çıxış ediblər - Baku TV

İlham Əliyev və Antonio Koşta mətbuata birgə bəyanatlarla çıxış ediblər - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşündən görüntülər - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşınır? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarla nələr daşınır? - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
Prezident İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub

Prezident İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub

Siyasət
11 mart 2026 359 baxış
Prezident İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər - Baku TV

Prezident İlham Əliyev və Antonio Koşta birgə foto çəkdirdilər - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
Prezident İlham Əliyev Aİ Şurasının Prezidentini qarşıladı - Baku TV

Prezident İlham Əliyev Aİ Şurasının Prezidentini qarşıladı - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
Azərbaycan və Rusiya liderləri arasında mühüm müzakirələr aparıldı - Baku TV

Azərbaycan və Rusiya liderləri arasında mühüm müzakirələr aparıldı - Baku TV

Siyasət
11 mart 2026 359 baxış
Seçilmişlər
icon