Pleyeri seçin:
Biz bu tarixi heç vaxt unutmamalıyıq | İlham Əliyev - Baku TV
"Vaxtilə Xankəndi şəhərinin stadionunda "Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular".
Bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.
Dövlət başçısı bildirib ki, bu tarixi biz heç vaxt unutmamalıyıq:
"O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil də unutmamalıdır. Bundan sonra gələcək nəsillər də bu tarixi bilməli və yadda saxlamalıdır. Bu tarix həm məktəblərdə, həm ali təhsil müəssisələrində, həm də ailələrdə əzbər olmalıdır. Çünki bu bizim şanlı Zəfərimizdir. Bundan sonra sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq".
Kopyalandı
