Siyasət
Pleyeri seçin:

Biz sadəcə oturub gözləyə bilmərik | İlham Əliyev

24 aprel 2024

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik”.

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında belə deyib.

“Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”, – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Azərbaycan Avropa Komissiyasının sədri, ABŞ-nin dövlət katibi və Ermənistanın Baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığını bildirib.

Dövlət başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.

Prezident İlham Əliyev Ermənistanın geri qaytardığı kəndlərlə bağlı məsləyə də toxunub. Bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırıb.

“Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın qələbəsini həzm edə bilməyən ABŞ-nin riyakar oyunu

Azərbaycanın qələbəsini həzm edə bilməyən ABŞ-nin riyakar oyunu

Siyasət
05 may 2024
Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Siyasət
05 may 2024
AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu

Siyasət
05 may 2024
XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

XİN başçıları viza rejiminin aradan qaldırılması ilə bağlı saziş imzaladı

Siyasət
05 may 2024
Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olundu

Siyasət
05 may 2024
Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Azərbaycanla bağlı yayılan hesabatlar diqqətlə izlənilir | Oqtay Qasımov

Siyasət
05 may 2024
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi

Siyasət
05 may 2024
Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Qərb dairələri post-sovet ölkələrinin daxili işinə niyə qarışır?

Siyasət
05 may 2024
Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 may 2024
Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

Siyasət
04 may 2024
Seçilmişlər
icon