Siyasət
Pleyeri seçin:
AK-nin nümayəndəsi minatəmizləmə prosesi ilə tanış oldu
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Yan Kupman Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.
Bu barədə Avropa Komissiyasının rəsmisi “X” hesabında paylaşım edib.
“Ərazilərin minalardan təmizlənməsi üzrə yerli ehtiyaclar haqqında ətraflı öyrənmək üçün Azərbaycanın qərbində, Ağdamda səfərdə oldum. Avropa İttifaqının dəstəyinin icmaların həyatında necə dəyişiklik etdiyini görməyə şadam”, – Avropa Komissiyasının rəsmisi öz paylaşımında belə yazıb.
Kopyalandı
Seçilmişlər