Blinkenin dəvəti ilə Mirzoyan və Ceyhun Bayramov arasında görüş ola bilər
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə keçirdiyi görüşündə deyib.
“Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-nin təklifinə müsbət cavab verib”, – deyə məlumatda qeyd olunur.
#Entoni Blinken teqi istifadə olunub
- Prezidentdən tarixi xatırlatma | ABŞ-yə lazım olanda, biz onlarla idik, amma...
- Tramp "ikinci USAID"i yaradacaq? - Təşkilatın əməlləri ifşa olundu
- Ramil İskəndərlidən USAID-lə bağlı mühüm açıqlama | Faktların hamısı göstərir ki...
- Onlar da Trampın qara siyahısına düşdü | Ağ Ev rəhbəri kimlərin icazəsini ləğv etdi?
- Putin təhlükə altındadır? | Kremldən iddialarla bağlı təcili açıqlama
