Pleyeri seçin:

BMT-də ədalətli dövr başlayır

03 sentyabr 2023 47 baxış

Albaniyanın sentyabrın 1-dən 30-dək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etməsi hazırda Ermənistanın Azərbaycana qarşı davam edən təxribatları ilə bağlı işğalçı tərəfə növbəti beynəlxalq sarsıdıcı zərbə vurulması baxımından yeni imkanlar yaradıb.

Ermənistan və onun tərəfdarları ən azı bu ay BMT-nin ali qurumundan öz saxta maraq və mənafeləri üçün yararlana bilməyəcəklər.

Albaniyanın Avropa və xarici işlər naziri Olta Caçka ölkəsinin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmələr əsasında Təhlükəsizlik Şurasının sentyabr gündəliyini müəyyən edəcəyini bildirib. Xanım Caçka qeyd edib ki, Albaniyanın BMT TŞ-yə sədrliyi bütün dünyada humanitar yardımların paylanması üzrə əməkdaşlıq platformasının yaradılması, Rusiya-Ukrayna müharibəsi, həmçinin Ukraynadakı müharibə fonunda baş verən ərzaq böhranından tutmuş Rusiyanın yürütdüyü siyasət, Yəməndə, Sudanda və ümumən Yaxın Şərqdə hökm sürən ərzaq təhlükəsizliyi kimi ciddi böhranlar və münaqişələr dövrünə təsadüf edir.

Qurumun aylıq fəaliyyətindəki gündəliyə cari məsələlərin də daxil ediləcəyi şübhəsizdir. Çünki artıq təcavüzkar Ermənistanın Azərbaycana qarşı çoxtərəfli və davamlı təxribatları nəticəsində bölgədə yaranmış gərginlik BMT başda olmaqla beynəlxalq təşkilatların gündəlik fəaliyyətinə daxildir.

Xatırladaq ki, Qarabağı Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün avqustun 16-da BMT Təhlükəsizlik Şurasının keçirdiyi təcili iclasda işğalçı ölkə və onun tərəfdarları növbəti dəfə siyasi-diplomatik rəzillik vəziyyətinə düşdülər. Bu prosesdə Albaniya özünün qətiyyətli mövqeyi ilə beynəlxalq hüququn və ədalətin tərəfində dayandı. Sentyabr ayı bu ədalətli mövqeyində daha qətiyyətli olmaq üçün Təhlükəsizlik Şurasının sədri kimi Albaniyanın imkanlarını daha da artıracaq.

Tarix boyu Osmanlı mədəniyyətindən hər cür faydalanan Albaniyanın Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təməli tarixi köklərə, qarşılıqlı faydalı əlaqələrə və həyata keçirilən düzgün siyasətə bağlıdır. Azərbaycanın və Türkiyənin Avropadakı ən yaxın dostları sırasında yer alan Albaniyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində ölkələrimizə qarşı təxribatların yol açacağına imkan verməyəcəyi şübhəsizdir.

Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Xocalıya növbəti köç | Ukraynadan Rusiyaya cavab zərbəsi | ƏDV ilə bağlı yenilik- YENİ BİR SƏHƏR

Siyasət
23 dekabr 2025 47 baxış
Ukraynanın hərbi obyektlərinə zərbələr endirildi - 24 SAAT

Ukraynanın hərbi obyektlərinə zərbələr endirildi - 24 SAAT

Siyasət
23 dekabr 2025 47 baxış
"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 47 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 47 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 47 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 47 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 47 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 47 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 47 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 47 baxış
Seçilmişlər
icon