Pleyeri seçin:

Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycan Ordusunu necə dəyişdirəcək? - HƏRBİ XRONİKA

29 iyun 2026 186 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlığın son illərdə əldə etdiyi inkişaf mərhələsi təhlil olunub.

Bildirilib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Normanın Silahlı Qüvvələr Günü münasibətilə verdiyi bəyanat Londonun Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığa böyük önəm verdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində siyasi iradənin mövcud olduğunu göstərir.

Qeyd olunub ki, 2025-ci ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri, eləcə də 2026–2027-ci illəri əhatə edən İkitərəfli Müdafiə Əməkdaşlığı Planının imzalanması hərbi təhsil, qərargah hazırlığı, kibertəhlükəsizlik, hərbi tibb, müdafiə sənayesi və birgə təlimlər üzrə əməkdaşlığı yeni mərhələyə yüksəldib.

Vurğulanıb ki, Azərbaycan zabitlərinin Böyük Britaniyanın hərbi təhsil müəssisələrində hazırlıq keçməsi, NATO standartlarına uyğun əməliyyat planlaşdırılması sahəsində əməkdaşlıq, eləcə də “Defence Cyber Marvel” kimi beynəlxalq kibertəhlükəsizlik təlimlərində birgə iştirak iki ölkənin təhlükəsizlik tərəfdaşlığını daha da gücləndirib.

Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində texnologiya əməkdaşlığı, birgə istehsal imkanlarının müzakirəsi, Böyük Britaniyanın silah ixracı məhdudiyyətlərini aradan qaldırması və Bakıda daimi müdafiə attaşesinin fəaliyyətə başlaması hərbi-texniki əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

ABŞ Dövlət Departamenti "907-ci düzəliş"in dondurulması ilə bağlı Konqresə bildiriş göndərib - Baku TV

ABŞ Dövlət Departamenti "907-ci düzəliş"in dondurulması ilə bağlı Konqresə bildiriş göndərib - Baku TV

Siyasət
16 avqust 2026 186 baxış
Üç dövlət, bir müdafiə xətti: “Məkkə modeli” Bakıya nə vəd edir? - AKTUAL GÜNDƏM

Üç dövlət, bir müdafiə xətti: “Məkkə modeli” Bakıya nə vəd edir? - AKTUAL GÜNDƏM

Siyasət
15 avqust 2026 186 baxış
Ermənistandan Azərbaycana nə idxal ediləcək? | Ekspertdən açıqlama - 24 SAAT

Ermənistandan Azərbaycana nə idxal ediləcək? | Ekspertdən açıqlama - 24 SAAT

Siyasət
14 avqust 2026 186 baxış
Putinin səfəri qalmaqalla bitdi | Rusiya və Yaponiya arasında gərginlik pik həddə çatacaq? - Baku TV

Putinin səfəri qalmaqalla bitdi | Rusiya və Yaponiya arasında gərginlik pik həddə çatacaq? - Baku TV

Siyasət
14 avqust 2026 186 baxış
Qarşılıqlı təhdidlər hərbi qarşıdurmaya gətirib çıxara bilərmi?

Qarşılıqlı təhdidlər hərbi qarşıdurmaya gətirib çıxara bilərmi?

Siyasət
14 avqust 2026 186 baxış
"Regionda mühüm rol oynayırıq" | Pakistan səfirindən vacib mesajlar - Baku TV

"Regionda mühüm rol oynayırıq" | Pakistan səfirindən vacib mesajlar - Baku TV

Siyasət
14 avqust 2026 186 baxış
Ermənistan Azərbaycana məhsul ixrac edəcək

Ermənistan Azərbaycana məhsul ixrac edəcək

Siyasət
14 avqust 2026 186 baxış
Elçin Yusubov Dan Ştefan Tarçeya ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Elçin Yusubov Dan Ştefan Tarçeya ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 avqust 2026 186 baxış
Məcburi köçkünlərin qayıdışını əngəlləyən dəhşət | Xocavənd və Kəlbəcərdə son vəziyyət - Baku TV

Məcburi köçkünlərin qayıdışını əngəlləyən dəhşət | Xocavənd və Kəlbəcərdə son vəziyyət - Baku TV

Siyasət
14 avqust 2026 186 baxış
Prezident Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - Baku TV

Prezident Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - Baku TV

Siyasət
13 avqust 2026 186 baxış
Seçilmişlər
icon