Brüssel görüşünün əsl səbəbi | Blinkendən Ermənistana dəstək açıqlaması
“Ağ Ev İrəvana dəstəyi gücləndirmək üçün hansı addımlar ata biləcəyini müəyyən etməkdən ötrü Ermənistandan gələn bir sıra sorğuları nəzərdən keçirir”.
Belə bir açıqlama ilə ABŞ-nin dövlət katibi Entoni Blinken çıxış edib.
O, bu haqda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə söz açıb.
E.Blinken eyni zamanda xatırladıb ki, aprelin əvvəlində onun Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə birgə görüşü baş tutub.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr də məhz ABŞ və Aİ-nin Ermənistanı dəstəkləmək niyyəti daşıyırdı. Elə həmin görüşdə də “biz bir sıra müxtəlif sahələrdə irəliləyəcəyik” ifadəsi səsləndi. Məhz həmin fikirləri qabardan E.Blinken indi rəsmi İrəvana dəstək paketini necə artırmağın yollarını axtarır.
Çıxışının sonun da dövlət katibi Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalayacağına da ümid etdiyini bildirib.