Siyasət
Pleyeri seçin:
Ceyhun Bayramov Annalena Berbok ilə Ermənistanla bağlı müzakirə apardı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbokl görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan Konstitusiyası və qanunverici sənədlərində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinə hədə törədən təhdidlər olduğunu diqqətə çatdırıb.
Kopyalandı
Seçilmişlər