Pleyeri seçin:

Bu məscid Zəfər Gününü simvolizə edəcək | Liderlər görülən işlərlə tanış oldu

17 iyul 2025 245 baxış

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada olublar.

Liderlər Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.

Daha sonra Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verib.

23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var.

Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb.

Daha sonra liderlər Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə dövlət başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək.

Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğaldan azad olunduğu günü ‒ Zəfər Gününü simvolizə edəcək.

Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 245 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 245 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 245 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 245 baxış
Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Siyasət
13 dekabr 2025 245 baxış
Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Siyasət
12 dekabr 2025 245 baxış
"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

Siyasət
12 dekabr 2025 245 baxış
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2025 245 baxış
Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Siyasət
12 dekabr 2025 245 baxış
Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Siyasət
12 dekabr 2025 245 baxış
Seçilmişlər
icon