Bu rüsvayçılıqdan qurtulmayacağıq | Erməni politoloqdan iddialı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“2020-ci ildə 44 gün ərzində “Artsax” separatçıları Azərbaycanın hücumuna məruz qalanda, 2022-ci ilin sonundan 2023-cü ilin payızına qədər Qarabağ erməniləri blokada şəraitində qalanda, 2023-cü ilin sentyabrında “Artsax” süqut edəndə N.Paşinyan onların müstəqilliyini tanımadı. Lakin bu gün Ermənistan Fələstinin müstəqilliyini tanıyıb”.
Bu sözlər erməni politoloq, revanşist Beniamin Matevosyan tərəfindən yazılıb.
“Bu gün xüsusi təyinatlılar nümayişkaranə şəkildə İrəvandakı “Artsax nümayəndəliyi”nin qapısını sındırdılar və Samvel Şahramanyanı apardılar. Biz xalq olaraq əsrlər boyu bu rüsvayçılıqdan qurtulmayacağıq.
Bugünkü maska şouya gəlincə isə bu, məntiqi nəticədir. Məntiqi nəticə odur ki, Ermənistana gələn Qarabağ erməniləri səs çıxarmadı. Bilin ki, Nikol Qarabağ ermənilərinin qapıları ilə kifayətlənməyəcək, o, Qarabağ ermənilərinin hər bir nümayəndəsinin evinə girəcək”, – deyə B.Matevosyan qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
