Cavabsız suallar var | Rusiyalı politoloqdan Cənubi Qafqaz açıqlaması
“Cənubi Qafqaz üçün yeni ildə təhlükəli ssenarilər var”.
Bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
O, Bakı və İrəvan arasında bir sıra sualların cavabsız qaldığını bildirib:
“Burada əsas rəqabət geosiyasi marşrutlar və onların sponsorları arasında cərəyan edəcək. Cənubi Qafqazda ötənilki proseslərin davamını görəcəyik. Danışıqlarda eyni məntiq hakim olacaq.
Ötən il hər iki tərəf bir çox məsələlərdə razılığa gəldiklərini və sazişi imzalamağa yaxın olduqlarını açıqlayıblar. Lakin hesab edirəm ki, saziş imzalansa belə, münaqişə yekunlaşmayacaq.
Regionu “qaynadacaq” bəzi suallar var. Bir sıra razılaşdırılmayan məsələlər qalsa da, Bakı və İrəvan sülh sənədini imzalamaq istəyir. Rusiya, İran, Gürcüstan, Avropa Birliyi, ayrı-ayrı ölkələr prosesə müdaxiləyə və görüşlər təşkil etməyə çalışır. Bu, yəqin ki, sənəd imzalanana kimi davam edəcək. Lakin bəzi məsələlər regional atmosferin sabitləşməsinə imkan verməyəcək”.
#Rusiya teqi istifadə olunub
- Rusiya neftindən imtina ediləcək? | Peskovdan ABŞ ilə bağlı açıqlama
- Jurnalistin bu sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı
- Peskov: “Beynəlxalq bazarlara mənfi təsir göstərəcək”
- Madyardan Putinə açıq mesaj | Ölkə Aİ və NATO-nun müttəfiqinə çevriləcək? - Baku TV
- Rusiya və Çin yüksək texnologiyalı pilotsuz sistemlərin hazırlanmasında ABŞ-ni geridə qoyur | NYT
