Pleyeri seçin:

Cənubi Qafqaz üçün təhlükə | Qərb Ermənistana görə “əlini çirkləndirmək” istəmir, amma...

05 mart 2025 187 baxış

Cənubi Qafqaz ölkələri yalnız bölgənin ənənəvi etnik münaqişələrini aradan qaldırmaq və tam əməkdaşlıq etməklə üzləşdikləri təhlükələri neytrallaşdıra və Sovet İttifaqı dağılandan etibarən arzuladıqları sabitliyə çata bilərlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Axar”a verilən məlumata görə, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Cənubi Qafqaz üçün təhlükələr” başlıqlı məqalədə göstərilib ki, Cənubi Qafqaz ölkələri əməkdaşlıq etsələr, yerləşdikləri regiona nəzarəti gücləndirmək, eləcə də sülh və sabitliyə nail olmaq üçün lazımi geosiyasi tarazlığa nail ola biləcəklər. Təhlükəsizlik məsələlərində Azərbaycan, Gürcüstan və Ermənistan, iqtisadi sahədə Azərbaycan, Türkiyə və Gürcüstan, hətta Türk Dövlətləri Təşkilatı kimi siyasi birliklər son nəticədə Cənubi Qafqaz ölkələrinin maraqlarının xarici güclərin maraqlarını üstələməsinə gətirib çıxaracaq.

Qeyd olunub ki, ABŞ-nin qlobal münaqişələrdən çəkilməsi Cənubi Qafqaz kimi regionlarda geosiyasi gərginliyi artıraraq güc boşluğu yaradıb. Cənubi Qafqaza geosiyasi aspektdən baxsaq, görərik ki, Avropa və Asiyanın ticarət yolları və dəhlizləri arasında yerləşən bu həyati əhəmiyyətli bölgədə bir çox siyasi qüvvələr Qərblə birləşməyə can atır.

Sabiq nazir Ermənistanın “Qərbə yaxınlaşmaq” istəyinə baxmayaraq, xarici siyasətinin güvən doğurmadığını vurğulayıb. Buna görə də artıq onu müdafiə etmək üçün heç bir Qərb dövlətinin “əllərini çirkləndirməyə” hazır olmadığını bildirib.

Yazıda həmçinin qeyd edilib ki, Rusiya bölgədə öz təsirini saxlamaqda maraqlıdır, Türkiyə Azərbaycanla sıx əməkdaşlıqdan faydalanmaq istəyir, Fransa birmənalı olaraq ermənilərə dəstək verir, İran isə pusquda durub uyğun məqam gözləyir. Belə bir vəziyyətdə bir neçə güc sözügedən coğrafiyaya bir-birinə qarşı müdaxilə etmək qərarına gələrsə, bu, xaos və sonsuz münaqişələrlə nəticələnəcək. Bu mənada Cənubi Qafqaz ölkələrinə xüsusən də Ermənistan və Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən arzuolunmaz şey qeyri-stabillikdir.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 187 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 187 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 187 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 187 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 187 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 187 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 187 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 187 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 187 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 187 baxış
Seçilmişlər
icon