Siyasət
Pleyeri seçin:

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

24 sentyabr 2024

Sentyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qoşulmama Hərəkatının “Silahlı münaqişələr zamanı mülki şəxslərin qorunması: Fələstin xalqı ilə həmrəylik” mövzusunda nazirlər görüşündə iştirak və çıxış edib.

Nazir Ceyhun Bayramov Fələstin məsələsinin Qoşulmama Hərəkatının gündəliyində yer alan əsas maddələrdən olduğunu və Hərəkatın bu məsələ ilə bağlı mövqeyinin çoxsaylı sənədlərdə öz əksini tapdığını diqqətə çatdırıb.

QH tərəfindən həmçinin İsrail-Fələstin münaqişəsi zonasında beynəlxalq humanitar konvensiyaların və insan hüquqları qanunlarının pozulması hallarına dair narahatlığın bildirildiyi, mülki əhaliyə qarşı hərbi əməliyyatların dayandırılması və qurbanlara ədalətli yanaşılması xüsusunda çağırışlar etdiyi vurğulanıb.

Azərbaycan tərəfinin məsələyə dair mövqeyinin dəyişməz qaldığı, beynəlxalq hüququn norma və prinsiplərinə və eləcə də BMT-nin əlaqədar qətnamələrinə əsaslandığı ifadə olunub.

Sonda davamlı inkişaf və tərəqqi naminə dünyanın bütün nöqtələrində sülh və təhlükəsizliyin bərqərar olacağına ümidvarlıq bildirilib, QH çərçivəsində birgə səylərin artırılması və həmrəyliyin gücləndirilməsi vasitəsilə ortaq hədəflərə çatıla biləcəyi vurğulanıb.

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Siyasət
22 noyabr 2024
COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

Siyasət
22 noyabr 2024
Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon