Pleyeri seçin:

Ceyhun Bayramov Gürcüstanda | Tbilisidə keçirilən görüş barədə detallar

22 iyul 2025 669 baxış

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb. Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında enerji, nəqliyyat, regional əlaqələr, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri də daxil olmaqla əməkdaşlığın əsas sahələri müzakirə edilib. Qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəlikdə yüksək yer tutub.

Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə qeyd edib ki, ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən nəhəng layihələr təkcə Azərbaycan və Gürcüstana deyil, ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib:

“Bu layihələr həm ölkələrimizin, həm də xalqlarımızın rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və onların təsir dairəsi regional sərhədləri aşaraq qlobal miqyasda hiss olunur. Bu nəhəng layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm təşəbbüsləri xüsusilə qeyd edə bilərik.

Azərbaycan Gürcüstanın əsas investorlarından biri hesab olunur və son illər ərzində ölkə tərəfindən Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub”.

M.Boçorişvili isə mövcud geosiyasi şəraitdə Gürcüstan və Azərbaycandakı siyasi sabitliyin ortaq maraqlarımızın qorunmasına xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, Ceyhun Bayramovun səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 669 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 669 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 669 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 669 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 669 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 669 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 669 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 669 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 669 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 669 baxış
Seçilmişlər
icon